Əfsanəvi basketbolçu Kobi Brayantın ölümündən sonra illər əvvəl Tvitterdə bir paylaşım diqqət çəkməyə başlayıb.
Demokrat.az Habertürk-ə istinadən xəbər verir ki, "@dotNoso" adlı istifadəçi 2012-ci ilin noyabrında "Kobi, helikopter qəzasında həyatını itirəcək" şəklində bir paylaşım etdiyi üzə çıxıb.
Xatırladaq ki, helikopterin texniki nasazlıq səbəbindən qəzaya düşməsi nəticəsində 41 yaşlı K.Brayant Kaliforniyada dünyasını dəyişib.