Bakıda məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub

HADİSƏ 26 yan 2020, 23:10

Bakıda yanğın qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində tikilən taxtadan ibarət tikililər 12 m² sahədə, 1 ədəd paltaryuyan maşın və dəhlizdən keçən 6 p. m elektrik naqili yanıb.


Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.


Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top