Deputatlığa namizəd olan tanınmış vəkilə qarşı TƏXRİBAT

GÜNDƏM 26 yan 2020, 20:00

18 saylı Nərimanov-Nizami rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış tanınmış vəkil Ceyhun Yusifov seçki təşviqatı zamanı təxribatla üzləşib. 


Ceyhun Yusifov Demokrat.az-a bildirib ki, 18 saylı Nərimanov - Nizami seçki dairəsinin bir neçə məntəqəsində reklam posterləri naməlum şəxslər tərəfindən cırılıb. 


"Hələ ki, 5 məntəqədə bu halı müəyyən etmişik. 5, 11, 12, 13 və 31 saylı məntəqələrdə reklam posterlərimi cırıblar. 
Daha əvvəl isə soyadımın üstünə eyni soyadlı və heç kəsin tanımadığı bir şəxsi qoyublar. İndi də posterlərimi cırıblar. 
Demək ki, bu dairədə məni təhlükəli rəqib hesab edirlər ve qorxurlar".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top