Keçən il Gürcüstanda itkin düşən Azərbaycan vətəndaşı tapılıb

HADİSƏ 26 yan 2020, 22:19

2019-cu ildə Gürcüstanda 195 nəfər itkin düşüb. Aparılan axtarış tədbirləri nəticəsində onlardan 133-ü tapılıb. 

 

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilir. 


Qeyd olunur ki, tapılan 133 nəfərdən 10-nun meyiti aşkar edilib. Sağ-salamat tapılanlardan dördü Belçika, ikisi Səudiyyə Ərəbistanı, qalanları isə Azərbaycan, Qazaxıstan, Rusiya və İordaniya vətəndaşlarıdır. 


Keçən il itkin düşən 16 yaşadək uşaqlardan 7-si hələ də axtarılır. 


Hesabatda bildirilir ki, 1973-cü ildən 2020-ci il yanvarın 1-dək Gürcüstanda 6 minə yaxın insan itkin düşüb ki, onlardan da minə yaxını tapılıb. 


Qeyd olunur ki, 2018-ci ildə 167 nəfər itkin statusu alıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il yanvarın 1-dək onlardan 100 nəfəri sağ-salamat, 15 nəfərinin isə cəsədi tapılıb. (azertag)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top