"Qadın ev işi üçün yaradılıb" — Meyxanaçının sözləri qalmaqal yaratdı (VİDEO)

ŞOU-BİZNES 26 yan 2020, 18:05

“Qadın ev işi üçün yaradılıb. Onlar maşın sürməməlidir. Ev işi qadın, maşın kişi üçündür".


Meyxanaçı Oqtay Kamil ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində qadınlar haqda qalmaqal yaradacaq sözlərinə belə davam edib:


“Qadına qadağa qoymaram. Elə qadın seçərəm ki, bilər nə olar, nə olmaz. Qadın elə gözəl addır ki, elə yaşamalıdır kişi deməsin, onu-bunu etmə”.


Xəyanətdən haqda isə meyxanaçı “Hər kişinin ailəsindən başqa qadın dostu olmalıdır” - deyə bildirib.


Qeyd edək ki, Oqtayın bu fikirləri qısa zaman ərzində sosial şəbəkədə yayılıb və heç də birmənalı qarşılanmayıb. Onu dediyi sözlərə görə çoxları tənqid edib.(Yeni Sabah)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top