Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır — YENİLƏNİB

HADİSƏ 26 yan 2020, 14:36

Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır.  


Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. 


İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar Naxçıvan artıq aeroportuna çatıb. "84 vətəndaşımız burda istirahət edirlər və 3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərk Gömrük Keçid Məntəqəsindən keçir. 


Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir. Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar", - deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib. 


***


Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib. 


Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. 


Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq.


Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar. 


Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top