SON DƏQİQƏ! Azərbaycanda mikroavtobus qəzası — Çox sayda ölən və yaralı var

HADİSƏ 26 yan 2020, 12:01

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var.

 

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top