Azərbaycan vətəndaşlarının zəlzələ zonasından təxliyyəsi gecə də davam edib

GÜNDƏM 26 yan 2020, 09:42

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

 

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top