Türkiyədə zəlzələdə ölənlərin sayı 29 nəfərə çatıb, 1466 yaralı var

GÜNDƏM 25 yan 2020, 23:41

Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb.


Demokrat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb.


Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.


Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya ciddi, 409 binaya isə az və ya orta dərəcədə ziyan dəyib.


İlk dağıdıcı zəlzələdən sonra bölgədə maksimum 4 bal gücündə olan 462 yeraltı təkan qeydə alınıb.(apa)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top