Türkiyənin Elazığ şəhərinin Sivricə rayonunda baş verən 6,8 bal gücündə zəlzələdən sonra Sürsürü və Mustafa Paşa məhəllələrində xilas işləri davam etməkdədir.
Mustafa Paşa Məhəlləsində zəlzələdə çökən binanın dağıntıları altından 19 saatdan sonra bir nəfər sağ çıxarılıb.
Haberglobal.com-un məlumatına görə, dağıntılar altından çıxarılan qadın təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.