Putin Türkiyə Prezidentinə başsağlığı verib

DÜNYA 25 yan 2020, 21:17

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.


Demokrat.az-ın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.


“Rusiya xalqı zəlzələdə ailələrini və yaxınlarını itirənlərin acısını və kədərini bölüşür, xəsarət alanların hamısının tezliklə sağalacağına ümid edir”, – deyə Kremlin yaydığı məlumatda qeyd olunub.


Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.


Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  


Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top