Türkiyədə daha bir faciə — Yanğınlar başladı

DÜNYA 25 yan 2020, 20:12

Türkiyənin bir hissəsi təbi fəlakət və zəlzələ cənginə alıb, digər bir hissəsində isə dəhşətli yanğınlar müşahidə edilir.


Demokrat.az xəbər verir ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən güclü zəlzələdın sonra da İstanbulda 6 gəmi alov alıb.


İstanbulun Maltəpə rayonunda dəniz sahilində olan 3 gəmidə anidən yanğın başlayıb. Restoranlardan birinə yaxın yerdə sahil almış gəmidə başılayan yanğın sürətlə yanaşı olan digər gəmilərə də keçib.


Hazırda yanğını söndürməyə çalışırlar.


Xatırladaq ki, Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ardınca yaşayış binalarının birində də güclü yanğın balamışdı.


Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatıb. (Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top