Rauf Arifoğlunun seçki qərargahının növbəti iclası keçirildi: Seçicilərlə möhtəşəm görüşə hazırlıqlar müzakirə olundu (FOTOLAR)

GÜNDƏM 25 yan 2020, 17:20

35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlunun seçki qərargahının növbəti toplantısı keçirilib. Toplantıda Rauf Arifoğlu çıxış edərək, seçki prosesinin gedişatı, təbliğat-təşviqat işlərinin əhatəsi barədə məlumat verib. 


O, deyib ki, indiyəcən Qərargahın işçi qrupu 7500-dən çox mənzildə seçicilərlə fərdi söhbət aparıb, o qədər ailəyə təbliğat-təşviqat materialları təqdim edib.


Toplantıda həmçinin, yanvarın 26-da seçicilərlə keçirilməsi nəzərdə tutulan geniştərkibli görüşün təşkilati işləri və detalları müzakirə olunub.


Namizəd bildirib ki, sabah saat 15:00-da İnqilab ismayılov küçəsində, 265 saylı məktəbin stadionunda nəzərdə tutulan görüşdə çoxsaylı seçicinin və tərəfdarın iştirakı gözlənilir.


R.Arifoğlu seçki kampaniyası başlayan gündən etibarən “Yeni Müsavat” qəzetinin simasında son 1 ayda Xətai rayonunda görülən işlərdən danışdı, bu qısamüddətli dövrdəki nailiyyətlərin qarşıdakı 5 illə bağlı bir nümunə olduğunu vurğuladı.


Seçki bülletenində iki Rauf Abbasovun ola biləcəyini və rəqiblərindən birinin ona qarşı hazırladığı təxribatı, seçicilərin aldadılmasına yönəlik taktikanı açıqlayan namizəd, sakinləri diqqətli olmağa, Abbasov Rauf Arifoğluna səs verməyə çağırıb.


Namizəd qeyd edib ki, ölkənin tanınmış ictimai-siyasi xadimlərinin və populyar sənətçilərin də iştirakı ilə baş tutacaq görüş, həm də onunla nəticələnəcək ki, seçicilər Rauf Arifoğlunun simasında çoxlu nüfuzlu dostlar qazanacaqlar.


İclasda Seçki Qərargahının rəhbəri Çingiz Özgür də çıxış edərək, seçicilərin görüş yerinə gəlişi və təşkilatçılıq işlərinin həlli ilə bağlı danışıb, həmçinin soyuq havada sakinləri çaya qonaq edəcəklərini bildirib.(Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top