Ərdoğan zəlzələ bölgəsinə səfər etdi

GÜNDƏM 25 yan 2020, 17:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

 

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

 

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. 

 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top