İranda sərnişin təyyarəsini raketlə vuran şəxs həbs olunub — AÇIQLAMA

DÜNYA 25 yan 2020, 17:13

“Ukraynaya məxsus sərnişin təyyarəsini səhvən vuran şəxs həbsxanadadır”.


Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Spiegel"ə müsahibəsində deyib.

 

İran XİN başçısı təyyarənin vurulmasını niyə gec etiraf edilməsinə də münasibət bildirib.

 

“Mürəkkəb vəziyyət idi. Bunun üçün vaxt lazım idi. Xatırlayırsınızsa təxminən 32 il əvvəl ABŞ İran sərnişin təyyarəsini vurdu. Bu günə qədər onlar rəsmi şəkildə üzr istəməyiblər. ABŞ təyyarənin vurulmasında məsuliyyət daşıyan Amerika zabitinə hətta medal da verdi. Lakin Ukrayna təyyarəsini vuran iranlı indi həbsdədir”, - deyə o, qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top