Mənəvi haqsızların QANUNSUZ DEBATI

GÜNDƏM 25 yan 2020, 13:21

Yaxud qanunlara açıq sayğısızlıq sərgiləyənlərin qanunverici orqan üzvlüyünə idda etməyə mənəvi haqqı çatırmı?


Seçki mədəniyyəti siyasətin ən ali prinsiplərindəndir. Kimliyindən aslı olmayaraq, seçki marafonunun iştirakçıları proses müddətində ehtiyatlı olmalı, siyasi mədəniyyət sərgiləməli, cəmiyyətə ünvanladıqları mesajlarda ən azı səmimi görüntü yaratmalıdırlar. Təəssüf ki, Azərbaycanda siyasət adına fəaliyyət göstərənlərin çoxu bu mədəniyyətdən məhrumdurlar.  Pafos, riyarkarlıq, simasızlıq və qarayaxma bir çoxları üçün siyasi yaşam vasitəsinə çevrilib. 


Ötən gün Avropadan yayımlanan internet televiziyaların birində - konkret olaraq “Meydan TV”-də 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizədlərin - Gülağa Aslanlı, Qorxmaz İbrahimli və Rəbiyyə Məmmədova adlı gənc xanımın debatı təşkil olunmuşdu. 59 dəqiqə 10 saniyə davam edən bu debatla Azərbaycan seçki qanunvericiliyi kobud şəkildə pozuldu. Həm də deputatlığa namizədlərin iştirak etdiyi bir debatda… Həmin namizədlər də bu qanun pozuntusuna nəinki göz yumdular, hətta prosesin birbaşa istirakçılarına çevrildilər. Belə ki, hazırda qüvvədə olan seçki qanunvericiliynə görə, Nizamnamə fondunda xarici vəsaitin payı 30 faizdən artıq olan qurumlar, o cümlədən KİV-lər, eyni zamnada bu KİV-lərə daxil olan “Meydan” TV (Almaniyadan yayımlanır) namizədlərin seçkiqabağı təbliğat və təşviqat kampaniyasında iştirak edə bilməzlər. Lakin “Meydan” TV ənənəvi olaraq ölkə qanunlarını heçə sayaraq seçkiqabağı təşviqata qoşulur, Milli Məclis üzvlüyünə namizədlər üçün qeyri-qanuni debatlar təşkil edir və bu debatlarda konkret namizədlər iştirak edir. O namizədlər ki, hər üçü seçiləcəklərindən “əmindirlər” (baxmayaraq ki, 1 yer var) və parlamentdə qanun yaradıcılığı ilə məşğul olmaq iddiasındadırlar. Bu “üç muşketyor” hələ namizəd statusunda bu cür kobud qanun pozuntusuna yol verirlərsə, Allah eləməmiş, parlamentdə olsalar, nə edərlər? Onlar bilə-bilə ki, bu debatın təşkilatçıları həmin çəkilişi təşkil etməklə Seçki Məcəlləsinin tələblərini pozurlar, həmin verilişə qatılırlar. İndidən qanunları heçə sayan adamın sabah qanunverici fəaliyyətlə məşul olmağa mənəvi haqqı çatırmı?  Adamlar xarici vəsait hesabına fəaliyyət göstərən KİV-in efirindən açıqdan-açığa nəyə görə deputat seçilmək istədiklərini ifadə edərək seçki təbliğatı aparırlar. Deyək ki, Qorxmaz İbrahimli yarımçıq siyasətçidir, xırda-para biznesi var, qanunlardan xəbərsiz ola bilər. Rəbiyyə Məmmədova da “klaviatura qəhrəmanı”dır, işi-gücü sosial şəbəkələrdə deputat “seçilmək”dir. Yaxşı, bəs Gülağa Aslanlıya nə deyək? Bu adam Seçki Məcəlləsini kifayət qədər mütaliə edən birisidir axı… Əslində digər namizədlərin hər üç şəxsin seçki qanunlarını pozması barədə MSK-ya müraciət etməyə haqqı var. Bu fakt dünyanın hər hansı bir ölkəsində baş versəydi, ilk növbədə həmin internet TV-nin yayımlanar məhkəmə qaydasında bloklanar, deputatlığa namizədlərin qeydiyyatı ləğv olunardı. Təəssüf ki, MSK bu kimi prinsipial məsələlərdə ifrat humanizm nümayiş etdirir. 


Beş ildən bir “zühur” edənlər…


Bütün qeyd olunanlarla yanaşı, bir mühüm məsələyə də diqqət yönəldilməlidir. Debatda iştirak edən namizədlərin məlum dairə ərazisində yaşayan seçicilər qarşısında cavab verməli olduqları suallar var. Gülağa Aslanlı və Qorxmaz İbrahimli bu günə kimi seçki kampaniyaları xaric, nə zaman Binəqədi sakinlərinin problemləri ilə maraqlanıb, dərdlərini dinləyib, ümumiyyətlə, sonuncu dəfə seçicilərin 95 faizinin yaşadığı Biləcəri və Binəqədi qəsəbələrində olublar? Əlbəttə, iddia edə bilərlər ki, hansı statusla sakinlərlə görüşək?. Biz də deyirik ki, siyasətçi olduğunuzu iddia edirsinizsə, sakinləri dinləmək, dərdinə şərik olmaq, probleminin həllinə yardım etmək üçün səlahiyyət sahibi olmağa gərək yoxdur.


Qayıdaq bu namizədlərin debatda səsləndirdiyi iddialara. Daha çox iki tezis üzərində qurulan məlum debatın ilk buraxılışı çox uğursuz alındı. Aparıcı nə qədər cəhd etsə də namizədləri kontent üzrə danışdıra (qismən Gülağa Aslanlaı danışdı) bilmədi. Hər üçü könülsüz, faktsız və həvəssiz görünürdülər. Yalnız çeynənmiş fikirlər, 30 ilin deputatına atılan replikalar, 70 yaş sayıqlamaları və s. Hətta o qədər eyforiyaya qapıldılar ki, yanlarında oturan Gülağa Aslanlının 70-ə (1952-ci ildə anadan olub) iki bayram qaldığını belə unutdular.


Parlamentə iddia edən bu kəslərin hələ də xəbərləri yoxdur ki, ölkə Konstitutsiyası və qanunları deputatlıq üçün yaş qadağası qoymayıb. Adama deyərlər, a bəy, 70 yaşlı adam sənin evinə elçiliyə, və ya, ay xanım sənə elçi gəlmir e, deputatlığa namizədliyini verir.


Q.İbrahimli və R.Məmmədova sanki rəqib deyildilər, “siyam əkizlər” idi. Q.İbrahimli Binəqədi qəsəbəsində keçirdiyi “möhtəşəm” görüşdən elə həvəslə danışırdı ki, elə bil iki gün əvvəl qəsəbənin mərkəzində keçirdiyi görüşə 13-14 adam yox, 100-200 adam toplaşmışdı. Sözügedən 13-14 adamın da 8-9 nəfəri Q.İbrahimlinin özü ilə “Mersedes Vito” markalı avtomobildə gətirdiyi dost-tanışı olub. Yox əgər iddia edirsinizsə ki, (hamınıza aiddir) 15 minə yaxın seçicisi olan Binəqədi qəsəbəsində ən azı 500 seçicimiz var, o zaman buyurun, Olimpiya Kompleksinin həyətində sizlər üçün ayrılan ərazidə üçünüz bir yerdə 200 seçici ilə görüş keçirin… 

 


Görünür Q.İbrahimli ötən seçkilərdə xalq şairi, rəhmətlik Məmməd Arazı maşınına mindirib dəstək üçün Biləcəridə qapı-qapı gəzməyinin xəcalətindən dərs götürməyib. Debatda isə qırmız-qırmız deyir ki, bəs, filan vaxt mən seçilmişdim, sadəcə, qara pişik asqırdığı üçün parlamentə gedə bilmədim. 


“Sveta cinsi” 


Araşdırmalarımıza görə, uzun müddət Papanində yaşayan R.Məmmədova 2017-ci ildən Binəqədi qəsəbəsində məskunlaşıb. Üç-dörd ildir Binəqədi qəsəbəsində yaşayan R.Məmmədova özünü anaxanım kimi aparır. R.Məmmədova ictimai-siyasi səhnədə 4-5 aydır peyda olub. Xanım “desant”ın hansı məqsədə xidmət etməsi araşdırmaya ehtiyacı olan mövzudur. Təxribatçılığa meyillidir, sanki harasa tələsir, üfüqdə mühacirət edəcəyi istisna olunmur. Qərb ölkələrində siyasi mühacirət almaq istəyənlərin mühacirətdən əvvəlki hərəkətlərini təkrarlayır. Hərəkətlərində qeyri-müəyyənlik nəzərə çarpır. Təcrübəsizliyindən eyni səhvlərini tez-tez təkrarlayır. Psixi nöqteyi-nəzərdən problemli adam təsiri bağışlayır.


Qeyri-intellektual olan bu feministi bələdiyyə seçkilərindən sonra Binəqədi qəsəbəsində “Sveta cinsi” deyə çağırırlar. Kimdir bu Sveta? Vaxtilə Müsavat Partiyasının ən fəal üzvlərindən biri olan Sveta xanım bir səhər bütün qəsəbəni şoka salıb. Belə ki, mötəbər tədbirlərin birində YAP-çı kimi “zühur” edən Svetanın qəsəbədə “atmadığı” adam qalmayıb.


R.Məmmədova iddia edir ki, onu və seçicilərini satın almaq istəyirlər. Əlbəttə, deyir, amma sübut və fakt ortaya qoya bilmir. Deməli, yalan danışır. Yox, yalan danışımırsa, buyursun, onu və konkret seçicinin satın alınması ilə bağlı sübut (məsələn, səs yazısı, foto, video, sənəd) ortaya qoysun. Haqqında qısa araşdırma aparanda bu xanımla bağlı bir çox iddialarla rastlaşdıq. Məsələn, iddia edirlər ki, R.Məmmədova Daxili Qoşunların əməkdaşı kimi Bakıda keçirilən idman yarışlarında iştirak edən əcnəbi idmançıların mühafizəsi zaman qeyri-qanuni hərəkətlərə yol verdiyi üçün oradan uzaqlaşdırlıb. Amma biz media olaraq bu iddiayaya fakt deyib cəmiyyətə təqdim edə bilmərik. Çünki hazırda əlimizdə deyilənlərdən başqa bir şey yoxdur, lakin bu o demək deyil ki, yaxın günlərdə bu faktı əldə etməyəcəyik.


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top