Pərviz Həşimli Prezidentə, Baş prokurora və nazirə müraciət etdi

HADİSƏ 25 yan 2020, 12:57

Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli  Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edib.


Müraciətə səbəb 2018-ci ilin Gəncə hadisələri zamanı məhkəmə qərarı olmadan bloklanan “Gununsesi”nin  “info” domeninə qoyulmuş məhdudiyyətin aradan qaldırılmamasıdır.


Belə ki, problemin hüquqi yolla həlli üçün Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişik: “Nazirlik bloklanmanı əvvəllər inkar etmişdi. Nazir müavini Elmir Vəlizadə rəsmi məktub yazaraq, bildirmişdi ki, sayta hər hansı bir məhdudiyyət qoyulmayıb.


Məhkəmədə nazirliyin hüquqşünası  Baş prokuroun 2018-ci ildə nazir Ramin Quluzadəyə yazdığı məktubu əsas gətirib, bunu etiraf edib. Ancaq həmin hadisələrin araşdırılması zamanı Gununsesi.info barəsində hər hansı məsuliyyət müəyyən olunmadı.  Buna baxmayaraq, saytımızın bloku da götürülməyib. Bununla yanaşı, ölkədə internetin əsas mənbəyi olan “Deltatelekom” və “Azertelekom” sayta müəyyən yerlərdə məhdudiyyətlər qoyub. Bu daha çox mobil operatorlarda və rayonlarda ortaya çıxır”.


Pərviz Həşimli sonda ölkə başçısından yaranmış vəziyyətin aradan qaldırılması üçün müdaxilə etməsini də xahiş edib.


O, bildirib ki, seçkilər ərəfəsində tanınmış xəbər saytının fəaliyyətinə kimlərinsə maneçilik törətməsi təxribat xarakterli hərəkətdir və bunun qarşısı alınmalıdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top