Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı — VİDEO

GÜNDƏM 25 yan 2020, 11:10

60 saylı Salyan – Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı, Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etdi və onların ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirdi. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təklifləri diqqətlə dinlənildi. 


Demokrat.az xəbər verir ki, səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı daha sonra seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi.


Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. 


Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzuladılar.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top