Ermənilər Şuşada Azərbaycanın izini itirir — Ölkəmiz hansı addımları atmalıdır ?

SİYASƏT 25 yan 2020, 10:08

Ermənilər indi də Şuşa qalasını restavrasiya adı altında özününküləşdirməyə çalışır, məşhur “Gövhərağa” məscidini ardınca Şuşa qalasının da ermənisayağı restavrasiyasına hazırlıq gedir. Azərbaycanın tarixi bölgəsində izini bu şəkildə silməyə çalışırlar.

 

Bəs Azərbaycan beynəlxalq məhkəməyə, YUNESKO-ya müraciət etməlidirmi? Başqa hansı addımlar atmalıyıq?

 

Politoloq Nəzakət Məmmədova bildirir ki, ermənilərin abidələri saxtalaşdırmasının adı barbarlıqdır və bunun üçün müvafiq beynəlxalq hüquqi məsuliyyət nəzərdə tutan kifayət qədər çoxsaylı beynəlxalq normativ-hüquqi aktlar mövcuddur: “Məsələn, 1954-cü il Haaqa Konvensiyası münaqişə zamanı bir xalqın mədəni abidəsinə vurulan zərərin bütün bəşəriyyətə vurulan zərbə olduğunu təsbit edib. 1954-cü il Haaqa Konvensiyası bütün xalqların mədəni abidələrinin qorunmasını nəzərdə tutur, 1949-cu il Cenevrə protokolları və 1977-ci ildə qəbul olunmuş əlavə sənədlərdə də silahlı münaqişələr zamanı mədəni abidələrin mühafizəsini nəzərdə tutulur. Münaqişələr zamanı mədəni abidələrin qorunması adəti hələ qədim zamanlarda var idi, əks halda, bir sıra qədim abidələr ən qədim dövrlərdən indiyə qədər gəlib çıxmazdı. 1954-cü il Haaqa Konvensiyasına əsasən, hər bir dövlət öz mədəni abidələrinin qorunması üçün bütün tədbirləri görməlidir. Həmin abidələr daşınandırsa, münaqişə zonasından uzağa aparılmalı, tikilidirsə, onun yaxınlığında hərbi obyektlər yerləşdirilməməlidir. Hərbi məqsədlə mədəniyyət abidələrinin istifadəsi qəti qadağandır. Ümumiyyətlə, mədəniyyət abidələri heç bir halda hədəf alına bilməz.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

İşğalçı dövlət mədəni abidələri oğurluq, qarət, özününküləşdirmə hallarından qorumağa məsuldur. Əgər mədəni abidə daşınandırsa və işğalçı dövlət onu münaqişə zonasından çıxarıbsa, münaqişə başa çatdıqdan sonra onu sahibi olan dövlətə geri qaytarmalıdır. Haaqa Konvensiyasının iştirakçısı olan dövlətlər onun implementasiyasına görə məsuliyyət daşıyır və mədəniyyət abidələrinin mühafizəsinə dair müvafiq müddəalar onların milli qanunvericiliyinə daxil edilməlidir. Tərəfdar ölkələr habelə konvensiyanın müddəalarının pozulması zamanı bunun qarşısının alınması öhdəliyi daşıyırlar".

 

Ekspert qeyd etdi ki, beynəlxalq səviyyədə Konvensiyanın monitorinqinə, mədəniyyət abidələrinin qorumasına məsuliyyəti isə YUNESKO daşıyır: “Beynəlxalq cinayət məhkəməsinin sədrinə 1998-ci il Roma statusu, Haaqa konvensiyasının 1999-cu ildə qəbul olunmuş İkinci protokolu da müvafiq müddəalar ehtiva edir. Son illər xüsusilə, qədim mədəniyyət beşiyi olan Yaxın Şərqdə münaqişələrin geniş vüsət alması dünya birliyini xüsusən İŞİD terrorunun zəbt etdiyi ərazilərdə mədəniyyət abidələrinə qarşı etdiyi barbarlıq beynəlxalq ictimaiyyəti bu məsələyə yenidən diqqət yetirməyə vadar edib. Bunun nəticəsində 2017-ci ildə BMT Baş Assambleyası 2347 saylı qətnamə qəbul edib.

 

Həmin qətnamə mədəni irsin qorunmasının təhlükəsizliyin mühüm aspekti olmasını rəsmi şəkildə təsdiq edir. Lakin hələ 1874-cü ildə Brüsseldə toplanan 15 Avropa dövlətinin iştirakı ilə keçirilən məsləhətləşmələrdən bir ay sonra qəbul edilən yekun sənəddə silahlı münaqişələr dövründə mədəniyyət abidələrinin toxunulmazlığı, yaxud onlara zərər vurulması, dəyişdirilməsinin yolverilməz olması nəticəsinə gəlinib. Bütün bu və ya digər beynəlxalq sənədlər mədəniyyət abidələrinin toxunulmazlığını qəbul edir.

Ermənistanın hərəkətləri şübhəsiz ki, sivil dünyanın bu sahədə əldə etdiyi nəticələrə saymazlıq deməkdir.

 

Restavrasiya işləri çox güman ki, xaricdəki erməni diasporasının yardımları ilə həyata keçirilir. Həmin şəxslər və restavrasiya işlərini həyata keçirən şirkətlər müəyyən edilməli, beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməlidir. Səssiz-sədasız, lal-kar Minsk Qrupu da buna münasibət bildirməlidir".

 

Qarabağ Azadlıq Təşkilatı isə Ermənistanın Şuşa qalasının divarları ilə bağlı təxribatına etiraz bəyanatı yayıb. Bəyanatda deyilir ki, ermənilər qala divarlarını “restavrasiya” etmək istəyirlər. Aydındır ki, restavrasiya adı altında saxtalaşdırılma yolu ilə bu tarixi Azərbaycan abidələrini də erməniləşdirmək istəyirlər: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, bir daha beynəlxalq təşkilatlara, Rusiya və digər ölkələrin rəhbərlərinə müraciət edir, erməni təxribatlarının qarşısının alınması üçün təsirli addımlar atmalarını tələb edirik. Biz Azərbaycan hakimiyyətinə müraciət edir, bu erməni həyasızlıqlarına son qoyulması üçün torpaqlarımızın azad olunmasını tələb edirik”. (musavat.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top