Türkiyədə dəhşətli zəlzələ oldu — YENİLƏNİB

DÜNYA 24 yan 2020, 22:18

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İidarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  Şimali İraqın Ərbil və Duhok vilayətlərində də hiss olunub.     

 

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.

 

****

22:10

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücünd zəlzələ olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. 

 

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

 

Tələfat barədə hələlik məlumat verilməyib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top