Bizneslə məşğul olan İcra başçısı kimdir? — FOTOFAKT

SOSİAL 24 yan 2020, 21:13

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilən "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə"nin 5-ci naddəsində qeyd olunur ki, İcra hakimiyyətlərinin başçıları elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.


Demokrat.az xəbər verir ki, qadağan olunmasına baxmayaraq Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olur.


Məlumat üçün bildirək ki, Mübariz Əhmədzadə daha əvvəl Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman (27.12. 2007 - 1.09.2009) rayonun Qaxbaş kəndində 2 mərtəbəli istirahət kompleksinin tikintisini sifariş edib. Qax rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Cuma oğlunun 21.02.2008-ci il tarixli 29 saylı sərəncamı ilə sifarişçi Mübariz Əhmədzadə Cuma oğlunun obyektinin tikintisinə icazə verilib.


Qeyd edək ki, Qaxbaş kəndindəki 2 mərtəbəli istirahət kompleksi İcra başçısının yeganə kommersiya obyekti deyil. Mübariz Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan 24 gün sonra, 25.09.2009-cu il tarixində "Qax-Avto" MMC adlı şirkət təsis edib.


Onu da qeyd edək ki, Mübariz Əhmədzadə "Dövlət Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Çoşqun Əhmədzadənin və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadənin atalarıdır. (yeniavaz.com)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top