Deputatlığa namizəd olan tanınmış vəkili tanıyaq — BİOQRAFİYASI

GÜNDƏM 24 yan 2020, 16:19

18 saylı Nərimanov-Nizami rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış gənc vəkil Ceyhun Yusifov seçki təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərinin marağını nəzərə alaraq C.Yusifovun bioqrafiyasını təqdim edirik.


Demokrat.az xəbər verir ki, Ceyhun Yusifov 25.04.1980-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. 1988-ci ildə Qərbi Azərbyacandan deportasiya olunub. 


2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Əmlak fəaliyyətinə Dövlət Torpaq və Xəritəçəkmə  Komitəsində mütəxəssis olaraq başlayıb. Sonrakı illərdə Nəqliyyat Nazirliyində və Səhiyyə Nazirliyidə hüquqşunas olaraq əmək fəaliyyətini davam etdirib. Həmçinin Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsinin rəisi olub.


2009-cu ildən etibarən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olaraq, 5 saylı Vəkil Bürosunda Vəkil olaraq fəaliyyət göstərməkdədir. Vəkillilik fəliyyəti dövründə çoxsaylı hüquqşunasların yetişdirilməsində əvəzsiz rolu olub. Ölkədə ən çox bəraət almış vəkillərdən biridir. Fəaliyyəti dövründə bir çox tanınmış şəxslərə hüquqi yardım göstərib, o cümlədən ictimai rezonans yaratmış işlərdə vəkil kimi çıxış edib. 


Eyni zamanda vəkillik fəaliyyəti dövründə Vəkillər Kollegiyası tərəfindən fəxri fərman və yüzillik medalla təltif olunub. Hazırda vəkillik fəaliyyəti ilə yanaşı Ədliyyə Akademiyasında yeni vəkil namizədlər üçün icbari təlimi tədris etməkdədir. Ailəlidir 2 övladı var. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top