Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır — VİDEO

SOSİAL 24 yan 2020, 12:13

Bakı şəhərində qanunsuz heyvan kəsimi hələ də davam edir.


Bu barədə Oxu.Az-a Yasamal rayonu, Şərifzadə və Talıblı küçələrinin kəsişməsində, 3/8 ünvanında yaşayan sakinlər bildirib. 


Onların sözlərinə görə, heyvanlar küçədə kəsilir, qanı yola axıdılır. 


Sakinlər bildirib ki, məsələ barədə dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etsələr də, ərazidə iş görülməyib:


“Qurumdan bizim müraciətə cavab olaraq bildirilib ki, Şərifzadə küçəsi ilə Talıblı küçəsinin kəsişməsində fəaliyyət göstərən “Qara dana” adlı heyvan kəsimi məntəqəsində ətin satışı antisanitar vəziyyətdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib.


Bununla əlaqədar olaraq sahibkarlıq subyektinə məxsus qeyri-qanuni heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular ləğv edilib, antisanitar vəziyyət aradan qaldırılıb. Amma bu gün orada vəziyyət AQTA-nın bizə ünvanladığı cavab kimi deyil”.


Vətəndaşlar qeyd edib ki, məsələ barədə Yasamal Rayon İcra Hakimiyyətindən də müraciət ediblər. Lakin qurumdan müraciətə cavab ala bilməyiblər.


AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, qeyd olunan ərazidə müvafiq qurumlarla birgə dəfələrlə reydlər keçirilib:


“Heyvan kəsimində istifadə edilən vasitə və qurğular sökülüb. Həmin yer nəzarətə götürülüb, müvafiq icra qurumları və hüquq-mühafizə orqanları ilə birgə qeyd olunan ünvanda qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək”.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top