Böyük Bəhmənli sakinləri Vüqar Bayramova yüksək etimad göstərdi — FOTOLAR

SOSİAL 24 yan 2020, 10:00

Füzuli rayonundakı ilk görüşünü Horadizdə keçirən deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşü Böyük Bəhmənli kəndində baş tutub.


Demokrat.az xəbər verir ki, Vüqar Bayramov deputatlığa namizədliyini verməkdə məqsədinin yeni status əldə etmək deyil, insanların çətinliklərini dilə gətirmək, onların həllinə yardım etmək olduğunu bilidirib: “Seçki platformamın əsasını seçicilərin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı təkliflər təşkil edir. Mən Sizi seçkilərdə aktiv olmağa və  səsinizi, seçildikdən sonra yanınızda olacaq şəxsə səs verməyə səsləyirəm.”


Böyük Bəhmənli kəndinin ziyalıları və ağsaqqalları kənd camaatının təklif və rəylərini deputatlığa namizədin diqqətinə çatdırıblar. Onlar Vüqar Bayramovun bir millət vəkili kimi Füzuli rayonunu layiqincə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.


Görüşdən sonra Vüqar Bayramov görüş iştirakçıları ilə birgə Böyük Bəhmənli şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və xatirə şəkli çəkdirib.


Qeyd edək ki, görüşdə 300-ə yaxın kənd sakini iştirak edib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top