Jirinovski SSRİ-nin dağılma səbəbini açıqladı

DÜNYA 24 yan 2020, 09:22

SSRİ-dəki birpartiyalı sistem ölkənin dağılmasının əsas səbəblərindən biri oldu. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Teleqram-kanalında yazıb.


Siyasətçinin fikrincə, Sovet İttifaqında çoxpartiyalılıq olsaydı, bu, baş verənlərin qarşısını ala bilərdi.


“Birpartiyalı sistem SSRİ-ni məhv etdi. Əgər kommunistlər o vaxt SSKP-ni iki yerə – konservativ və sosial-demokrat partiyalarına bölməyə razı olsaydılar, və onların arasında əsl rəqabət olsaydı, onda Sovet İttifaqı əbədi olardı!”, - Jirinovski bildirib.


Qeyd edək ki, SSRİ 1991-ci il dekabrın 25-də dağılıb. (qafqazinfo)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top