İspaniya La Liqasının hücumçusu "Qarabağ"da !

İDMAN 24 yan 2020, 00:05

"Qarabağ" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. 


Demokrat.az xəbər verir ki, Azərbaycan çempionu, İspaniya La Liqasında çıxış edən "Leqanes"in forvardı Ovusu Kvabenanı heyətinə qatıb. 22 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

 

Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top