Xırdalanda avtomobil iki azyaşlını vurdu

HADİSƏ 23 yan 2020, 23:52

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki məktəbli xəsarət alıb.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.


Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top