"Paşinyan hakimiyyətə gələndən dəfələrlə çevriliş cəhdləri olub" — Ermənistan Təhlükəsizlik Şurasının katibi

DÜNYA 23 yan 2020, 23:38

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan son hakimiyyət dəyişikliyindən, Nikol Paşinyanın baş nazir kürsüsünə gəlməsindən sonra ölkədə bir neçə dövlət çevrilişi cəhdinin olduğunu bildirib.

 

“Report” xəbər verir ki, konkret adlar çəkməyən TŞ katibi həmin hərəkətlərin hüquqi nəticələrinə aydınlıq gətirməyib.

 

O deyib: “İndi müxtəlif insanların fikirlərini, rəylərini hüquqi nəticəyə bağlamaq çətindir. Onların hərəkətlərini məqsədləri ilə bağlamaq müşkül məsələdir”.

 

Buna baxmayaraq, Ermənistan Təhlükəsizlik Xidmətindən dövlət çevrilişi cəhdi ilə bağlı hər hansı məlumat almadıqlarını bildiriblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top