İlham Əliyev sərəncam imzaladı

SOSİAL 23 yan 2020, 17:35

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Bilas oğlu Şadlinskinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 


Bununla bağlı AZƏRTAC məlumat yayıb. 


Sərəncama əsasən, Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib. 


Qeyd edək ki, V.Şadlinski tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Tibb Universitetində İnsan anatomiyası kafedrasının müdiridir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top