MSK seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırmaya BAŞLADI

GÜNDƏM 23 yan 2020, 20:05

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymətləndirilən hərəkətləri qeydə alınıb.

 

Demokrat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bu barədə danışıb. O, qeyd edib ki, məsələ barəsində həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub:

 

“Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeynalov özü də sosial şəbəkədə profilində belə fotolar paylaşıb. İstədim məlumat verim ki, belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

 

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.(modern.az)

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top