"Milli Məclisdə belə insanlar təmsil olunmalıdır" — Xalq artistindən Fəzail Ağamalıya AÇIQ DƏSTƏK (VİDEO)

SOSİAL 23 yan 2020, 16:39

Milli Məclisin növbədənkənar seçkilərinə  60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya nümayiş olunan dəstək gündən-günə artmaqdadır. 

 

Demokrat.az xəbər verir ki, F.Ağamalıya bu dəfə dəstək  ölkənin tanınmış ziyalılarından, həmçinin sənət adamlarından gəlməkdədir. 

 

Belə ki, Xalq artisti Mənsum İbrahimov Fəzail Ağamalıya açıq dəstək verərək, onu yenidən deputat olmağa layiq biri kimi təqdim edib. 

 

“Mən düşünürəm ki, Milli Məclisə layiqli insanlar seçilməlidir. Xalqimizin sevdiyi insanlar, cəmiyyətdə fəal olan insanlar, ziyalılar seçilməlidir. Uzun illərdir ki, Fəzail müəllimi tanıyıram. Azərbaycanın çox dəyərli ziyalısı, gözəl insan, gözəl ailə başçısı, Vətəninə, dövlətinə bağlı bir insandır. Hər zaman cəmiyyətdə olan hadisələrə öz mövqeyini bildirən bir insandır. Düşünürəm ki, bizim Milli Məclisdə belə insanlar təmsil olunmalıdır. Əziz seçicilər, fevralın 9-da mən Sizi Fəzail müəllimə səs verməyə çağırıram”.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top