Zelenski Davos sammitində Rusiyanı işğalda ittiham etdi

DÜNYA 23 yan 2020, 19:52

Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışı zamanı Rusiyanı ərazilərin ilhaqında ittiham edib.


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.


O bəyan edib ki, Rusiya altı il bundan əvvəl Ukrayna ərazisinin bir hissəsini işğal edib. Bundan başqa, Ukrayna lideri qeyd edib ki, Ukrayna ərazisində altı ildir ki, müharibə gedir.


“Bu, bizim yeni normallığımızdır”, – deyə Zelenski əlavə edib.


Onun fikrincə, bütün dünyada hüquq məsələsinə yenidən baxılmalıdır.


Ukrayna prezidenti ölkənin ayrılmaz hissəsi olan həmin bölgələrdə təhlükəsizlik məsələsinə daha çox diqqət yetirdiyini vurğulayıb. (konkret.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top