İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb — FOTOLAR

SİYASƏT 23 yan 2020, 12:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub.


AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulanıb. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunulub, bu münasibətlərin inkişafından məmnunluq ifadə olunub.


Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib. Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verib. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirilib. Vurğulanıb ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top