"Qarabağ" minimal hesabla qələbə qazandı

İDMAN 22 yan 2020, 23:24

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib.


Demokrat.az "Report"a istinadən  xəbər verir ki,  Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi "Jetisu" ilə üz-üzə gəlib.


Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Mahir Emreli vurub.


Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top