Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin 1 milyard dollardan çox olması hədəflənib — FOTO

SİYASƏT 22 yan 2020, 21:37

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması prioritet olaraq qalır, çünki mövcud potensial daha yüksəkdir. 


Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuçerlə görüşdə deyib.


Qazaxıstanın Ukraynadakı səfiri Samad Ordabayevin də iştirak etdiyi görüşdə azərbaycanlı diplomat bildirib ki, Azərbaycan şirkətlərinin Ukraynaya investisiya qoyuluşu artmaqdadır. 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin 1 milyard dollardan çox olması hədəflənib.


A.Kuçer isə öz növbəsində qeyd edib ki, Xarkov vilayəti azərbaycanlı iş adamlarının investisiya qoyuluşları üçün lazımi şəraiti yaratmağa hazırdır və bunda maraqlıdır.


Görüşdə vurğulanıb ki, iki ölkə arasında informasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və infrastruktur layihələrin reallaşdırılması üçün əlverişli mühit mövcuddur.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top