Keçmiş nazirin milyardlıq var-dövlətinin SİYAHISI

SOSİAL 22 yan 2020, 20:42

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri olmuş Yavər Camalovun ailəsinin biznesi üzə çıxarılıb.


Demokrat.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Həbib Müntəzir öz araşdırmasını paylaşıb. Müəllif yazısında “Camalovlar Azərbaycan ordusunun silah-sursatına xərclənməli olan vəsaiti talayaraq özlərinə varidat toplamış adamlardır. İndi deputat təyin edəcəklər, məgər “fokusnik” Məzahir müəllim bunları bilmir? Bilmirsə, aşağıda onların biznes şəbəkəsini paylaşıram, oxusun, görsün hərbi sistemə sərf olunmalı olan pullar haralara gedib”, – deyə sual edir. Əlavə edir ki, keçmiş Müdafiə Sənayesi naziri olmuş Yavər Camalovun oğlu Rəşad Camalov da parlament seçkilərində namizəd olub.


 
Bildirək ki, mega biznes imperiyasının siyahısında çoxlu sayda bahalı biznes mülklərinin, obyektlərin, şadlıq sarayları, mağazalar, klinikalar, otellər, restoranlar, əyləncə mərkəzləri, avtomobil dayanacağı, daşınmaz əmlaklar, xarici ölkə səfirliklərinə verdiyi bahalı villaların binaları, ticarət mağazaları, geniş torpaq sahələri, çoxlu sayda dəbdəbəli villalar, bağ evləri və xeyli sayda bahalı son model avtomobillər yer alıb.

 

Bakı şəhər Nərimanov rayonunda:

“KRAL” şadlıq sarayı;

“Anatolia” oteli;

“Premyer” oteli;

“Admiral” oteli.

“Ambiance” oteli;

“Aksesuar inşaat” mağazası;

“Azərbaycan İsrail” klinikası;

Nərimanov rayonu ərazısində onlarla qeyri yaşayış və yaşayış sahələri;

Teymur Əliyev və Həsən Əliyev küçələrində yerləşən bir neçə dəbdəbəli villa.

 

Nəsimi rayonunda:

”Ambassador” oteli;

“Niaqara” restoranı;”Veqas”

“Niaqara” şadlıq sarayı;

“Olimpik Star” əyləncə mərkəzi;

“Qızıl Tac” şadlıq sarayı;

“Niaqara” restoranına bitişik “Araz” marketin binası;

“Niaqara” şadlıq sarayına bitişik pullu avtomobil dayanacağı;

“Olimpik Star” əyləncə mərkəzinə bitişik böyük sahəyə malik pullu avtomobil dayanacağı;

“Vətən” kinoteatrının yaninda ticarət mağazaları;

Füzuli kücəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi;

Həsən Əliyev 13 ünvanda yerləşən “Avtomobil Təmiri Mərkəzi”;

Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi.

 

Səbail rayonunda:

“Neftlayihətikinti” ASC və onun bütün əmlakları;

“Fəvvarələr meydanı” deyilən ərazidə yaşayış və qeyri-yaşayış sahələri;

Badamdarda bir neçə dəbdəbəli villa, həmçinin özlərinin yaşadıqları iki dəbdəbəli villa.

 

Yasamal rayonunda:

Yasamal rayonu Cəfər Cabbarlı küçəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi 3 mərtəbəli bina;

Bakı Apellyasiya Məhkəməsi yaxınlığında 2 ədəd dəbdəbəli villa.

 

Binəqədi rayonunda:

“ATRİUM” əyləncə mərkəzi və ona bitişik 1 ha-a yaxın torpaq sahəsi;

Cratos Hall şadlıq sarayı və ayrıca restoranı

“VEQAS” İdman Mərkəzi;

2 mərtəbəli PUB bar;

“Vorovski adlanan ərazidə böyük sahəyə malik pullu avtomobil dayanacağı;

 

Bakıətrafı qəsəbələrdə və rayonlarda:

Mərdəkanda “Arzu” restoranı və böyük bir villa,

Buzovna, Türkan, Zirə, Şüvələn qəsəbələrində böyük ölçülü torpaq sahələri və onların içərisində inşa edilmiş çoxlu sayda dəbdəbəli bağ evləri;

Şirvan, İsmayıllı (Xənəyə kəndində),

Quba (Qəçreş ərazisində),

Xaçmaz (Nabran qəsəbəsində),

Xızı (Altıağac, Qızılqazma)

Şamaxı (Çuxuryurd) rayonlarında böyük ölçülü torpaq sahələri. Onların bəzilərində də dəbdəbəli bağ evləri tikilib.

Qusarda – “Şahdağ” Turizm Mərkəzinin ərazisində 1,2 ha. torpaq sahəsi və sair.

 

Səfirliklərə kirayə verdikləri villalar, məsələn Əfqanıstan səfirliyi, Çin səfirliyinin uşaq baxçası. Həmçinin Azure – Yeni Həyat yaşayış kompleksində evlər və saysız-hesabsız digər kirayə verilmiş mənzillər Camalovlara məxsusdur.

 

Maşınlar və sahib olduqları nömrələr:

Toyota Land Cruiser / 90-EH-999

Bentley Continental GT / 99-EE-100

Mercedes S-Class / 99-EE-100

Mercedes C-Class / 10-EE-100

Range Rover Velar 2019 / 10-EE-100

BMW X7 Sport 2019 / 99 -AA -085

Mercedes Benz GLE Coupe 2018 / 99-EE-100

Porsche Cayenne 4.8 S Turbo MANSORY / 10-KO-100

Digər nömrələr: 99-TT-085, 90-DK-009, 10-PP-788, 10-YY-788. 99-AA-788. 90-AA-778, 90-EH-999, 90-PP-999, 10-EA-100, 10-AZ-733, 90-AZ-733, 99-AZ-733, 10-KO-100, 10 -AA -085, 90-AA -085, 99 -AA -085, 10-AA-183

 

Qohumluqlar:

Qardaşı Elşən Camalov Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisidir

Əmisi Mərdan Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.

Əmisi Əlikram Camalov – biznesmendir

Əmisi oğlu Camalov Namiq Əlihüseyn oğlu – Sabirabad rayon Polis şöbəsinin rəisidir

Əmisi Əlihüseyn Camalov Milli Aerokosmik Agentliyin direktor müavinidir. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top