Britaniya səfiri Ceyms Şarp Bakı Limanı ilə tanış oldu — FOTOLAR

SİYASƏT 22 yan 2020, 17:50

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ələt qəsəbəsində yerləşən Bakı Limanı ilə tanış olub.

 

Qonağı salamlayan Bakı Limanının Baş direktorunun müavini Fərid Əhmədov qonağı limanla tanış edərək bildirib ki, liman 400 hektar ərazini əhatə edir, 12 yanalma və bir xidməti körpüyə malikdir. 


Daha sonra bildirilib ki, limanda tətbiq olunan və tam avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsi ilə həm limanda çalışan şəxslər, həm də yük sahibləri onlayn olaraq yüklərin statusu və harada olduğu ilə bağlı məlumatları daha asan yolla əldə edə bilirlər. 


Əlavə olaraq Fərid Əhmədov bildirib ki, Bakı Limanı Xəzər bölgəsində ilk dəfə Avropa Dəniz Limanları Təşkilatının PERS - "EcoPorts" sertifikatına layiq görülüb. Bakı Limanı olaraq əməliyyat effektivliyinin artırılması, idarəetmə və ətraf mühit siyasətində Avropa ölkələri ilə sıx əməkdaşlıq etdiyimiz və ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahib olduğumuz barədə də məlumat verilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top