Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" — FOTOLAR

GÜNDƏM 22 yan 2020, 17:24

Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən təbliğat-təşviqat kampaniyasını davam etdirir. 


Demokrat.az-ın məlumatına görə, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün maraqlı üsuldan istifadə edib. Belə ki, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə Hadı Rəcəbli Lənkəran Dövlət Universiteti və texnikumunda müxtəlif bölgələrdən təhsil alan bir neçə tələbəsini də həmin tədbirə toplayıb. 

 


Daha sonra Hadı Rəcəbli tələbələri 74 saylı Lənkəran kənd seçki dairəsinin seçiciləri kimi ictimaiətə təqdim etməkdən çəkinməyib. Bununla belə, o, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə görüşə gələnlərin əksəriyətinin yaşlı adamlar olduğu ortaya çıxıb. 

 


Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşləri izdihamlı göstərmək üçün video-montaj proqramından da istifadə edib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top