Bu ərazidə yaşayan vətəndaşlara böyük müjdə — Yeni metro stansiyası tikiləcək

SOSİAL 22 yan 2020, 18:03

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.


Demokrat.az bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.


Məlumatda bildirilir ki, bu il “Bənövşəyi” xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:


“B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır”.(Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top