Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb — FOTOLAR

GÜNDƏM 22 yan 2020, 13:51

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini Beyləqanda davam etdirməyə başlayıb.

 

Demokrat.az xəbər verir ki, Çingiz Qənizadə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirib.

 
Hər iki kəndin camaatı deputatlığa namizədlə görüşdə bəzi problemləri qabardıblar. Həmin problemlərdən biri uşaq pulunun bərpa olunması ilə bağlı olub. Həmçinin, əkin sahələrinin suvarılması  üçün artezan quyularının vurulmasını, eləcə də, işıq və telefon xətlərinin yenilənməsini xahiş ediblər. Deputatlığa namizəd Çingiz Qənizadə yenidən deputat seçiləcəyi təqdirdə qaldırılan məsələləri gündəmə gətirəcəyini istisna etməyib.
 

Kənd insanları, ağsaqqallar Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirərək növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.
 

Məlumat üçün qeyd edək ki, kəndlərdə görüşlər keçirən Çingiz Qənizadə  hər gün  seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top