Daha bir "avtoş" sürücü kameraya düşdü — VİDEO

HADİSƏ 22 yan 2020, 16:06

Bakıda yol hərəkəti qaydasını pozaraq təhlükəli şəkildə hərəkət edən sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. 


Avtosfer.az xəbər verir ki, yanvarın 20-i paytaxtın Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkət edən 10-SZ-036 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü dəfələrlə manevr qaydasını pozaraq avtomobillərin arasıyla hərəkət edib. 


O, eyni zamanda ötmə qaydasının tələbini də pozaraq sağdan ötmə əməliyyatı edib. 


Videogörüntüdən aydın şəkildə görünür ki, sürücü manevr və ötmə qaydasını pozan zaman ara məsafəsinə də riayət etməyib. Bundan sonra o, sol zolaqla hərəkət edən zaman sağ zolağa qəfil manevr edərək Koroğlu metrostansiyası istiqamətinə hərəkətini davam etdirib. 


Görüntüləri sizə təqdim edirik.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top