Daha bir iranlı komandir öldürüldü

HADİSƏ 22 yan 2020, 14:10

İranın “Bəsic” xalq könüllülərinin komandiri Əbdülhüseyn Müjdəmi ölkənin cənub-şərqində Xuzistan əyalətində qətlə yetirilib.


Demokrat.az xəbər verir ki, bu barədə TASS “Gənc Jurnalistlər Klubu”na istinadla məlumat yayıb.


Bildirilir ki, Ə.Müjdəmi Şadeqan rayonunda Darhovin dairəsində yerləşən “Bəsic” könüllülərinin rəhbəri olub. 


O, naməlum şəxslər tərəfindən evinin yaxınlığında güllələnib.


Yerli hakimiyyət hadisədən bir neçə saat sonra cinayətkarların tutulduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top