Sahil Babayev şöbə müdirini işdən çıxardı

HADİSƏ 22 yan 2020, 16:58

Əmək və Əhalinin Sosial Müdsıafiə Nazirliyinin yanında DSMF-nin İsmayıllı rayon şöbə  müdiri tutduğu vəzifədən azad edilib.

 

Demokrat.az-ın xəbərinə görə, Kamran Muradov  DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri işlədiyi dönəmdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, öz yaxınlarına, qohumlarına saxta sənədlər, əlillik, ünvanlı sosial yardım düzəltdiyi üçün cəzalandırılıb. Vətəndaşların şikayəti əsasında ƏƏSMN-dən  sözügedən idarəyə göndərilən  yoxlama kifayət qədər nöqsanlar aşkarlayıb. K. Muradovun qohumları üçün düzəltdiyi saxta sənədlər, ünvanlı sosial yardımlar ləğv edilib. Dövlət büdcəsindən mənimsənilən pul geri ödətdirilib. Hətta Kamran Muradov özünü saxta pensiyaya çıxartdığına görə 8000 manat dövlət büdcəsinə pul ödəyib və ömürlük pensiyadan məhrum edilib.

 

Qeyd edək ki, K. Muradov 2009-cı ildən DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Məsələ ilə bağlı Kamran Muradov ilə əlaqə saxladıq. İşdən azad olunmasını təsdiq edən Muradov bildirdi ki, səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: "İşlədiyim müddətdə mən heç bir qanun pozuntusuna yol verməmişəm. Barəmdə deyilənlər yalandır. Həqiqətə uyğun deyil”. (Anews.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top