“Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm” — Baş nazirin müavini

SİYASƏT 22 yan 2020, 12:15

"Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır".


“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Əhmədov Aİ-nın maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə deyib.


O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir: "Azərbaycan Aİ ilə əmıkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".


Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top