Bakıda yaşayış binasında DƏHŞƏT — Fəhlə liftin altında qalaraq öldü

HADİSƏ 22 yan 2020, 11:23

Ötən gün Bakının Nəzami rayonunda dəhşətli faciə baş verib.


Demokrat.az xəbər verir ki, hadisə dünən saat 12 radələrində H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında “İKMA Services” MMC tərəfindən lift quraşdırılan zaman qeydə alınıb.


Belə ki, şirkətin işçisi 1998-ci il təvəllüdlü Musa Azər oğlu Dəmirov təmir işləri apararkən lift hərəkət edib.


O, liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.


Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanılıb. (baku.ws)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top