Azərbaycanlı reper azadlığa çıxdı

HADİSƏ 22 yan 2020, 09:30

Reper Pərviz Quluzadə (Paster) azadlığa buraxılıb.

 

Demokrat.az APA-ya istinadən məlumat verir ki, məşhur reper ötən gün gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.

 

Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər edərkən polis tərəfindən saxlanılıb. Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top