Sumqayıtda mikroavtobus dirəyə çırpıldı — YENİLƏNİB + VİDEO

HADİSƏ 22 yan 2020, 09:03

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb. 

 

Demokrat.az bildirir ki, bu barədə Oxu.az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, mikroavtobus yolu keçmək istəyən piyadanı vurub. Nəticədə, piyada hadisə yerində ölüb. 


İdarəetməni itirən sürücü isə mikroavtobusu dirəyə çırpıb. 

 

İlkin olaraq sürücüyə diz qapağının əziyi diaqnozu qoyulub.

 

08:03

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

 

Oxu.Az xəbər verir ki, səhər saatlarında şəhərin çıxışında qeydə alınıb. Sumqayıtdan Bakı istiqamətinə hərəkət edən “Mercedes Sprinter” markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

 

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Qəzada xəsarət alanların olub-olması ilə bağlı dəqiq məlumat yoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top