Xızıda itkin düşən ana və 3 övladı tapıldı

HADİSƏ 21 yan 2020, 23:45

Xızıda itkin düşən ana və 3 övladı tapılıb.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.

 

İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.

 

Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top