FHN: "Universitetdə yanğın olmayıb" — VİDEO+YENİLƏNİB

HADİSƏ 21 yan 2020, 23:04

Azərbaycan Neft və Sənaye Universitetində yanğın hadisəsi baş verməyib.

 

Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

 

Onun sözlərinə görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinə yanlış məlumat daxil olub: "Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".

 

***

23:04

Bu gün axşam saatlarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yanğın olub.

 

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Universitetləri" səhifəsi yayıb.

 

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

 

ADNSU isə xəbəri təkzib edib. Universitetdən bildirilib ki, bu gün ali məktəbdə heç bir yanğın olmayıb:

 

"Sadəcə qazanxanadan çıxan tüstü bəzi panikaya səbəb olub. Bunun də nəticəsi olaraq FHN-ə zəng edilib".

 

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top