Kriminal avtoritet "Gəncinski" saxlanıldı: Görün evindən nələr çıxdı (FOTOLAR)

KRİMİNAL 21 yan 2020, 23:18

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş "Osman Gəncinski" kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.


Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub. 


Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində "Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş "Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri müsadirə edilib. 


Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top